[![Open Source Love](https://badges.frapsoft.com/os/v1/open-source.svg?v=103)](https://github.com/ellerbrock/open-source-badges/) [](https://join.slack.com/t/firstcontributors/shared_invite/zt-1hg51qkgm-Xc7HxhsiPYNN3ofX2_I8FA) [![License: MIT](https://img.shields.io/badge/License-MIT-green.svg)](https://opensource.org/licenses/MIT) [![Open Source Helpers](https://www.codetriage.com/roshanjossey/first-contributions/badges/users.svg)](https://www.codetriage.com/roshanjossey/first-contributions) # İlk töhfələr Bu layihə yeni başlayanların ilk töhfələrini vermə yollarını sadələşdirmək və istiqamətləndirmək məqsədini daşıyır. İlk töhfənizi vermək istəyirsinizsə, aşağıdakı addımları izləyin. _Əgər komanda sətri ilə rahat deyilsinizsə, [burada GUI alətlərindən istifadə edən təlimatlar tapa bilərsiniz.](#Digər-alətlərin-istifadəsi-üçün-təlimlər)_ fork this repository #### Maşınınızda (yəni, kompüterinizdə) GIT yoxdursa, [buradan quraşdıra bilərsiniz](https://help.github.com/articles/set-up-git/). ## Layihəni "çəngəlləmək" Səhifənin yuxarı hissəsindəki "Fork" düyməsini vuraraq bu layihəni çəngəlləyin. Bu hesabınızda deponun bir kopyasını yaradacaqdır. ## Deponu (Repository) klonlaşdırma clone this repository İndi çəngəlli deponu kompüterinizə klonlaşdırın. GitHub hesabınıza daxil olun, çəngəlli deponu açın, kod düyməsinə vurun və sonra _copy to clipboard_ simgəsinə klikləyin. Daha sonra terminalı açın və aşağıdakı git komandasını daxil edin: ``` git clone "kopyaladığınız-url" ``` "kopyaladığınız-url" (dırnaq işarəsi olmadan) yerinə bu deponun GitHub səhifəsindən aldığınız linki kopyalayın. copy URL to clipboard Misal üçün: ``` git clone https://github.com/istifadəçi-adı/first-contributions.git ``` `istifadəçi-adı` sizin GitHub istifadəçi adınızdır. Burada siz GitHub-da ilk töhfələr deposunun məzmununu kompüterinizə köçürürsünüz. ## Budaq (Branch) yaratmaq Kompüterinizdəki depo qovluğuna keçin (əgər orada deyilsinizsə): ``` cd first-contributions ``` `git checkout` əmrini istifadə edərək bir Budaq (Branch) yaradın: ``` git checkout -b ``` Misal üçün: ``` git checkout -b add-alonzo-church ``` ## Lazımi dəyişiklikləri edin və bu dəyişiklikləri həyata keçirin İndi `Contributors.md` faylını mətn redaktorunda açın, adınızı əlavə edin. Faylın əvvəlinə və ya sonuna əlavə etməyin. Arada bir yerə qoyun. İndi faylı yadda saxlayın. git status Layihə qovluğuna gedib `git status` əmrini icra etsəniz, dəyişikliklərin olduğunu görəcəksiniz. Bu dəyişiklikləri `git add` əmrindən istifadə edərək yaratdığınız Budağa əlavə edin: ``` git add Contributors.md ``` İndi `git commit` əmrindən istifadə edərək bu dəyişiklikləri edin: adınızla `` ilə əvəz olunsun. ## Dəyişiklikləri GitHub-a itələyin (push) Dəyişikliklərinizi "git push" əmrindən istifadə edərək itələyin: ``` git push origin ``` `` yerinə öz istifadəçi adınızı daxil edin. ## Dəyişikliklərinizi nəzərdən keçirmək üçün göndərin GitHub-dakı deponuza daxil olsanız, bir `Compare & pull request` düyməsini görəcəksiniz. Bu düyməni vurun. create a pull request İndi çəkmə tələbini (pull request) göndərin. submit pull request Tezliklə bütün dəyişikliklərinizi bu layihənin master filialına birləşdirəcəyəm. Dəyişikliklər birləşdirildikdən sonra bildiriş e-poçtu alacaqsınız. ## Bundan sonra nə edə bilərəm? Təbriklər! Töhfə olaraq tez-tez qarşılaşacağınız standart _fork -> clone -> edit -> pull request_ tamamlamısınız! Töhfənizi qeyd edin və [veb tətbiqə](https://firstcontributions.github.io/#social-share) girərək dostlarınız və izləyicilərinizlə bölüşün. Hər hansı bir köməyə ehtiyacınız və ya suallarınız olarsa, [Slack](https://join.slack.com/t/firstcontributors/shared_invite/zt-1hg51qkgm-Xc7HxhsiPYNN3ofX2_I8FA) komandamıza qoşula bilərsiniz. İndi başqa layihələrə töhfə verməyə başlayaq. Başlaya biləcəyiniz asan məsələləri olan layihələrin siyahısını hazırladıq, [siyahıya baxın](https://firstcontributions.github.io/#project-list). ### [Əlavə Məlumat](additional-material/git_workflow_scenarios/additional-material.md) ## Digər alətlərin istifadəsi üçün təlimlər | GitHub Desktop | Visual Studio 2017 | GitKraken | VS Code | Sourcetree App | IntelliJ IDEA | | --- | --- | --- | --- | --- | --- | | [GitHub Desktop](../gui-tool-tutorials/github-desktop-tutorial.md) | [Visual Studio 2017](../gui-tool-tutorials/github-windows-vs2017-tutorial.md) | [GitKraken](../gui-tool-tutorials/gitkraken-tutorial.md) | [Visual Studio Code](../gui-tool-tutorials/github-windows-vs-code-tutorial.md) | [Atlassian Sourcetree](../gui-tool-tutorials/sourcetree-macos-tutorial.md) | [IntelliJ IDEA](../gui-tool-tutorials/github-windows-intellij-tutorial.md) |